"ASAN peşə" layihəsi üzrə əlavə ixtisas seçimi başa çatıb
07 sentyabr 2016 13:05 (UTC +04:00)

"ASAN peşə" layihəsi üzrə əlavə ixtisas seçimi başa çatıb

0

 

 

Sentyabrın 6-da “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi prosesi başa çatıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliklə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi 11 avqust–6 sentyabr tarixlərində pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb.

 

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə 1848 nəfər müraciət edib. Onlardan 1042 nəfəri ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 7–12 sentyabr 2016-cı il tarixlərində (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 403

Oxşar yazılar