Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Azərbaycanın Zaqatala rayonuna düşən hissəsinə ilk qar yağıb.
APA-nın yerli bürosunun məlumatına görə, son günlər Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Bölgədə son iki gün ərzində fasilələrlə yağış yağıb, havanın temperaturu gündüz saatlarında müsbət 18, gecə saatlarında isə müsbət 10-15 dərəcəyə düşüb.