«Urmiya gölünün xilası üçün heç bir iş görülməyib»
27 oktyabr 2013 06:11 (UTC +04:00)

«Urmiya gölünün xilası üçün heç bir iş görülməyib»

«Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı heç bir iş görülməyib». Lent.az-ın məlumatına görə, Qərbi Azərbaycandan olan deputat  Nadir Qazipur belə bir bəyanatla çıxış edib.

 

O, İrandakı mətbuata müsahibəsində  gölün 85 faizinin quruduğunu və bu su hövzəsinin qurumaqdan qurtarılması üçün əməli bir işin görülmədiyini vurğulayıb.

N.Qazipur bildirib ki, hökumətin təklifi ilə Urmiya gölünün xilası yollarının araşdırılması qərara alındı: «Bu istiqamətdə 24 həll yolu təklifi irəli sürüldü. Ancaq hakimiyyət bunlardan 19-nu qəbul etdi. Bu təkliflər gerçəkləşməsə də, onların vasitəsi ilə  Urmiya gölünü qurumasının qarşısının alınacağına ümid etmək olmaz».

Xatırladaq ki, hakimiyyəti bu problemin aradan qaldırılmasına laqeyd münasibəti ucbatından gölün quruması nəticəsində yaranan səhralarında baş verən duz fırtınası Azərbaycan şəhərləri və kəndlərini, habelə  bütün əkin sahələrini məhv etməkdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar