"Baku Electronics" cəzalandırıldı <span style="color:red;">- qiymət artımına görə
04 mart 2015 17:53 (UTC +04:00)

"Baku Electronics" cəzalandırıldı - qiymət artımına görə

"Baku Electronics" MMC də süni qiymət artırıb. Bu barədə Lent.az-a İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə xidmətə çox saylı vətəndaş müraciətləri daxil olub.  Dövlət Xidmətindən tərəfindən aparılmış araşdırmalar zamanı "Baku Electronics" MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

 

Bununla əlaqədar "Baku Electronics" MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Oxşar yazılar