“Yuventus”lular qələbəni necə qeyd etdilər?
08 may 2013 11:00 (UTC +04:00)

“Yuventus”lular qələbəni necə qeyd etdilər?

“Palermo” ilə oyundan sonra geyim otağında bir-birini hovuza basan, şampan şərabı ilə “çimdirən” “Yuventus” oyunçularının görüntüləri artıq internetdə geniş izləmə sayı yığıb. Bütün dünyanın heyran olduğu bu oyunçuların dəlisov hərəkətlərini “Yuve”sevərlər maraqla izləyir. “Yuventus” saytı, “facebook” səhifəsi isə bayram foto və videoları ilə doludur.

“Yuventus”un İtaliyada qələbə paradını açan zebra Wrangler-lərin məxsus olduğu Jeep-dən də xəbər var. Bir il ərzində “Juventus”u dəstəkləyən Amerika avtomobil brendi Jeep komandaya sponsorluqdan qürur duyduğunu bildirib. “”Yuve” İtaliya futbol çempionatının zirvəsinə çatdı. Biz “Juventus”a böyük həyəcanla azarkeşlik edirdik! Bu sponsorluğa dəyərdi! Nəticələrə baxdıqda bir il ərzində “Yuventus”u dəstəkləməyimizlə qürur duymaya bilmərik" - Jeep qələbə sevincini belə bildirib. "2J-ni birlikdə görməyi həyacanla gözləyirik - Zebra Wrangler-in mühərriki işə düşsün və yeni macəra başlasın!" - Jeep bundan sonra da komandanı dəstəkləyəcəyinə bu cür işarə edib.

Qeyd edək ki, Jeep “Yuventus” futbol klubunun rəsmi sponsorudur. Çempionat ərəfəsində “Yuventus” komandasını həvəsləndirmək üçün həyata keçirilən "Onları heç nə dayandıra bilməz" reklam kampaniyasında Jeep-in “Yuve”yə verdiyi zebra Jeep Wrangler-lə “Yuventus” üzvləri müqayisə edilirdi.

116 illik tarixə malik “Yuventus” bu il 31-ci dəfə İtaliya çempionu oldu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar