“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı faciəsinin ildönümü münasibətilə Tərtərin cəbhə xəttində yerləşən Şıxarx kəndində tədbir keçirib.
Lent.az-ın məlumatına görə, tədbirdə ilk olaraq, azan səsləndirilib. Cəbhə xəttində qəhrəmancasına dayanan yerli əhali ilə görüşən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli Azərbaycan dövlətinin tez bir zamanda doğma Qarabağın işğaldan azad edəcəyinə əminliyini söyləyib. Birliyin təmsilçiləri cəbhə xəttində yerləşən Sarvan Quliyev adına 2 saylı tam orta məktəbdə şagirdləri də ziyarət ediblər. Görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli cəbhə xəttindəki məktəbdə təhsil alan şagirdləri dövrün qəhrəmanları adlandırıb.
Sonda “Yeni Üfüq”çülər 2 saylı məktəbin şagirdlərinə öz hədiyyələrini təqdim ediblər.