Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Xocalı soyqırımı beynəlxalq cinayət kimi” adlı kitabı çapdan çıxıb.
APA-nın xəbərinə görə, Azərbaycan, ingilis, rus, alman, fransız və ərəb dillərində nəşr edilən kitabın ideya müəllifi Azad Əhəd, elmi məsləhətçisi f.e.d. Rəna Mirzəzadə, rəyçiləri Anar Nağıyev və Zaur Qəriboğludur.
Müəllifin sayca 8-ci kitabı olan əsər bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və s. məsələləri özündə əks etdirir. Kitabda beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilmiş hüquqi-siyasi qiymət təhlil edilib.