“Sovetski”dən köçmək istəyən ailələrin sayı 2620-ə çatıb
31 oktyabr 2014 19:22 (UTC +04:00)

“Sovetski”dən köçmək istəyən ailələrin sayı 2620-ə çatıb

“Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr tarixli 2013-cü il tarixli sərəncamında nəzərdə tutulan söküntü ərazisinə düşən yaşayış və qeyri-yaşayış sahələrində üçüncü və dördüncü mərhələlər üzrə son 10 gün ərzində 834 ünvanda texniki inventarlaşdırma və ölçü işləri aparılıb”.

 

Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.

 

S. İslamov bildirib ki, ilk birinci və ikinci mərhələlər də daxil olmaqla, indiyə qədər 4256 daşınmaz əmlak obyektində ölçü işləri aparılıb. Müəyyən edilmiş şərtlərlə yaşayış və qeyri-yaşayış sahələrini satmaq istəyən ailələrin sayı 2620-ə çatıb. 2265 yaşayış və qeyri-yaşayış sahəsinin sahibi ilə razılaşma protokolu imzalanıb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Komissiya sədri 1780 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.

 

Qeyd edək ki, Bakının “Sovetski” məhəlləsində 10 500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var. Ölçü və inventarlaşdırma işlərinin aparıldığı birinci mərhələ Bakının Yasamal rayonunda N. Nərimanov heykəlindən Vergilər Nazirliyinə qədər ərazini, ikinci mərhələ “Sovetski”dən Abdulla Şaiq küçəsinə qədər ərazini əhatə edib. Bu ərazilərdə 3500 yaşayış və qeyri-yaşayış sahəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680
avatar

Oxşar yazılar