“Sovetski” sakini: “Hacıbala Abutalıbov vədinə əməl etdi”
19 fevral 2014 16:05 (UTC +04:00)

“Sovetski” sakini: “Hacıbala Abutalıbov vədinə əməl etdi”

Abid Şərifov və Hacıbala Abutalıbov bu gün yenə sakinlərlə görüşüblər.


 

Bu gün saat 17:00-da Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə görüşəcək.

 

Bu barədə APA-ya açıqlamasında sakinlərin yaratdığı Təşkilat Komitəsinin üzvü Hacı Mirməmməd məlumat verib.

 

Görüş icra başçısının təşəbbüsü ilə keçirilir. Hacı Mirməmməd deyib ki, bu gün səhər də Təşkilat Komitəsinin üzvləri Nazirlər Kabinetində baş nazirin müavini Abid Şərifovla görüşüblər: “Bu gün Nazirlər Kabinetində keçirilən görüşdə Abid Şərifov “Sovetski” məhəlləsində yaşayan, evlərinin sahəsi az olan sakinlərə də ev veriləcəyini, onların da problemlərinin həll olunacağını bildirib. Bu, çox yaxşı addım olar”.

 

Hacı Mirməmməd dövlət orqanlarının xalqın səsinə biganə qalmamasının müsbət hal olduğunu vurğulayıb: “Dünənki görüşdə sakinlərin mülkiyyət hüquqlarının qorunacağına söz veriləndə dedim ki, 1 il əvvəl Xəlil Rza-52 ünvanında bir obyekt sökülüb, hələ də pulu verilməyib, sizə necə inanaq? Həmin obyekt mənim deyil, sadəcə, övladlarım 15 il orada çalışıblar, obyektin ən azı 300 min manat qiyməti var. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da görüşdə mənə dedi ki, səhər yanına gedək, məsələni həll edəcək. Bu gün obyektin sahibi ilə birlikdə Bakı şəhər İcra Hakimiyyətinə getdik. Hacıbala Abutalıbov həqiqətən vədinə əməl etdi, məsələni həll etdi. Dedi ki, banklardan birində hesab açılıb, hesaba 1 kv. metri 1500 manatdan olmaqla obyektin pulu həmin bank hesabına köçürülüb. Hacıbala Abutalıbov onu da dedi ki, obyekt sahibi narazı qalırsa, məhkəməyə də müraciət edə bilər. Atılan bu addımları çox müsbət dəyərləndiririk”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744
avatar

Oxşar yazılar