“Şagirdlərin dərs yükü ağırdır” - AÇIQLAMA
22 noyabr 2013 14:28 (UTC +04:00)

“Şagirdlərin dərs yükü ağırdır” - AÇIQLAMA

Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin akademik yüklənməsi məsələsinə münasibət bildirib.          


APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Təhsil Şurasının yığıncağında çıxışı zamanı bildirib ki, bu gün məktəblərdə şagirdlərin akademik yüklənməsi baxımından mövcud olan məsələlərə yenidən baxılmalıdır. Onun sözlərinə görə, bu gün məktəblərdə mövcud olan dərs yükü xüsusilə yuxarı siniflərdə yüksəkdir. Nazir qeyd edib ki, həftə ərzində keçilən dərsləri gün ərzində olan dərslərlə hesabladıqda müəyyən fərqlər ortaya çıxır: “Yuxarı siniflərdə şagirdlər seçəcəkləri ixtisaslara dair əlavə bilikləri əldə etmək üçün daha da çox çalışmalı olurlar. Qeyd edim ki, Azərbaycanda ümumi təhsildə akademik il 32 həftədən ibarətdir. Orta Avropa göstəricisində isə bu 38 həftədən ibarətdir. Akademik il ərzində 6 həftə fərqin nə demək olduğunu deməyə ehtiyac yoxdur. Əgər ölkədə akademik ilin 32 həftədən ibarət olduğunu nəzərə alsaq, o zaman nəticələri də qəbul etməliyik. Çünki biz şagirdə biliyi 32 həftə ərzində verməliyik”.

 

Təhsil naziri məsələnin kökündə həmdə məktəbəqədər hazırlığın dayandığını deyib: “Məsələyə daha dərindən də baxsaq görərik ki, bu gün ümumi təhsilə gələn şagirdlərin keyfiyyəti məktəbəqədər hazırlıqdan asılıdır. Avropada bu rəqəmlər 90%-dən yuxarıdır. Bu gün I sinfə gələn məktəbəqədər hazırlıq keçmiş şagirdin məktəbəqədər hazırlığı keçməyən şagirddən fərqi aydındır. İbtidai təhsildə alına bilməyən bazanın sonradan yuxarı siniflərdə hansı nəticələrə səbəb olacağı məlumdur. Ona görə də bu sahədə də islahatlara hazır olmalıyıq. Azərbaycan təhsil sisteminin hədəfi öz milli dəyərlərinə bağlı olan insanı, digər tərəfdən isə qloballaşan əmək və biliklər bazarında rəqabətə apara bilən mütəxəssisləri yetişdirməkdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396
avatar

Oxşar yazılar