“Nurçu” dini cərəyanının əsas ədəbiyyatı olan “Risaleyi Nur”un Azərbaycanda nə vaxtdan qadağan olunduğu bəlli olub.
APA-nın əldə etdiyi məlumata görə, “nurçu”ların əsas proqramı kimi hesab olunan ədəbiyyat 2012-ci ilin sonundan etibarən Azərbaycanda qadağan edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyd olunan vaxtdan etibarən qadağan olunmuş ədəbiyyatın hazırda Azərbaycana gətirilməsi də qadağandır.
APA-nın Dövlət Komitəsinin mətbuat xidmətinə dəfələrlə sorğu ünvanlamasına baxmayaraq, məsələyə münasibət öyrənmək mümkün olmayıb.