“RİA Novosti”nin Bakı Bürosu: “Bizə heç nə deməyiblər”
09 dekabr 2013 13:06 (UTC +04:00)

“RİA Novosti”nin Bakı Bürosu: “Bizə heç nə deməyiblər”

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə ləğv edilən “RİA Novosti” Agentliyinin Azərbaycandakı ofisini hansı aqibətin gözlədiyi ilə bağlı büronun əməkdaşlarına heç bir məlumat verilməyib.

 

Bu barədə Lent.az-a “RİA Novosti”nin Azərbaycan ofisinin rəhbəri Əziz Əliyev məlumat verib.

 

Baş redaktor bildirib ki, onlar hazırda fəaliyyətlərini davam etdirirlər: “Bizə “RİA Novosti”nin ləğv edildiyi və yenilənəcəyi ilə bağlı məlumat verilib. Ancaq Bakıdakı büronun fəaliyyətini necə davam etdirəcəyini hələ bilmirik. Gözləyirik”.

 

Ə.Əliyev onu da qeyd edib ki, agentliyin Bakıdakı ofisində heç bir rəhbərlik dəyişikliyi edilməyib və kollektiv eyni şəkildə işinin başındadır.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” informasiya agentliyinin ləğv olunması haqqında sərəncam imzalayıb.

 

Məlumata görə, “RİA Novosti” informasiya agentliyi ləğv olunaraq onun bazasında “Rossiya seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır.

 

Sərəncamda yeni yaradılacaq informasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaq olduğu yazılıb. “Rossiya seqodnya”nın baş direktoru Rusiya prezidenti tərəfindən vəzifəyə təyin olunacaq. Agentliyin binası hazırda “RİA Novosti”nin yerləşdiyi bina kompleksi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658
avatar

Oxşar yazılar