“Rəvan”dan daha bir yenilik
03 mart 2014 12:26 (UTC +04:00)

“Rəvan”dan daha bir yenilik

Gəncləri GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndiriləcəklər

 

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi “Gəncləri GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədəki qanunvericilik aktları barədə maarifləndirmək” layihəsinin icrasına başlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, layihədə məqsəd  gənclərin GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr və Azərbaycanda bu istiqamətdə qanunvericilik sahəsində atılan addımlar barədə məlumatlandırmaq, yazılı və elektron KİV-ləri bu sahədə maarifləndirmə işlərinə cəlb etməkdir. 

 

Problemin mahiyyəti və strukturunun araşdırılması üçün Milli Məclisin Aqrar siyasət komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, gənclər təşkilatları, fəal gənclər və KİV rəhbərlərinin iştirakı ilə debat keçiriləcək, gənclər təşkilatlarının və KİV rəhbərlərinin iştirakı ilə Müsabiqə Komissiyası yaradılacaq, yazı müsabiqəsi elan olunacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar