“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında vətənpərvərlik təbliğatı” layihəsi çərçivəsində pilot olaraq seçilmiş Yevlax rayonu Yuxarı Qarxun kənd orta məktəbində IX-XI sinif şagirdləri arasında elan edilmiş vətənpərvərlik mövzusunda inşa müsabiqəsinin nəticələrini açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, İnşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı noyabrın 23-də Yuxarı Qarxun orta məktəbində tədbir keçirilib.
Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov deyib ki, prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti, həyata keçirilən vətənpərvər siyasətin nəticəsi olaraq yetişən Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlarımızın həyatı gənclər arasında təbliğ olunmalıdır. Müsabiqə qaliblərini təbrik edən Ramiz Cürənov “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin gələcəkdə də bu istiqamətdə layihələr həyata keçirməyi planlaşdırdığını bildirib.
Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb.