“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gəncləri GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədəki qanunvericilik aktları barədə maarifləndirmək” layihəsinin icrasını davam etdirir.
Lent.az-ın verdiyi məlumata görə, layihədə məqsəd gənclərin GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr və Azərbaycanda bu istiqamətdə qanunvericilik sahəsində atılan addımlar barədə məlumatlandırmaq, yazılı və elektron KİV-lərin bu sahədə maarifləndirmə işlərinə cəlb etməkdir.
Bu məqsədlə jurnalistlər arasında müsabiqə elan olunub. Müsabiqə çərçivəsində yazıların qəbuluna aprelin 15-dən başlanın. Müsabiqə mayın 15-də yekunlaşacaq. Bu gün yazı müsabiqəsi ilə bağlı jurnalistlər üçün maarifləndirici xarakterli seminar təşkil olunub. Media təmsilçilərinə GMO məhsullar, bu məhsulların yaratdığı təhlükələr barədə məlumat verilib.