“Qanun” Nəşrlər Evi bəyanat yayıb. Musavat.com-un nəşriyyatın “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:
“Bəzi media vasitələri “QANUN nəşriyyatının fəaliyyəti dayandırıldı!” deyə məlumatlar yayıb. Bəyan edirik ki bu məlumat həqiqətə uyğun deyil. Nəşriyyat fəaliyyətini davam etdirir. Birinci gündən hər kəs iş başında olacaq. Vergi əməkdaşlarının redaksiyamızdakı əməliyyat-axtarış tədbirləri ilə bağlı isə ətraflı məlumat verəcəyik.
Xatırladaq ki, noyabrın 1-də Vergilər Nazirliyinin 20-ə yaxın əməkdaşı “Qanun” Nəşrlər Evinə gələrək vergi yoxlaması adı altında qurumun xeyli sənədini və avadanlığını, o sıradan bilgisayarları aparıb. Bu səbəbdən “Qanun” Nəşrlər Evinin işində fasilə yaranıb.