“Qaçqınkom”un səlahiyyətləri artırıldı
28 oktyabr 2013 10:48 (UTC +04:00)

“Qaçqınkom”un səlahiyyətləri artırıldı

Baş nazir "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında" Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar verib. Lent.az-ın məlumatına əsasən, qərarla komitənin səlahiyyəti artırılıb. Belə ki, seçilmiş idarəedici təşkilatla idarəetmə müqaviləsi bağlananadək dövlətin mülkiyyətində olan qaçqın və məcburi köçkün statusuna malik şəxslərin müvəqqəti yerləşdiyi çoxmənzilli binaların, yaşayış qəsəbələrinin idarə edilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki  mənzil-kommunal istismar sahələri tərəfindən həyata keçiriləcək.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı aşağıdakı kimidir:

 

1. Təchizat və İstehsalat İdarəsi

2. Layihə Texnoloji Konstruktor İdarəsi

3. Sumqayıt şəhər Təsərrüfat hesablı İxtisaslaşdırılmış Təmir-Tikinti     

   Quraşdırma İdarəsi

4. Gəncə İstehsalat və Təmir-Tikinti İdarəsi

5. Tikilməkdə olan Müəssisələr Müdiriyyəti

6. Sabirabad rayon Təsərrüfat hesablı Təmir-Tikinti Sahəsi

7. “Vətən səsi” qəzetinin redaksiyası

8. Baza Sənaye Kombinatı

9. Mərdəkan Sənaye Kombinatı

10. Göygöl Aqrar Sənaye Kombinatı

11. “Araz” İstehsal və Təlim Kombinatı

12. Füzuli “Üç Çinar” Aqrar Sənaye Kombinatı

13. “Top Çinar” Aqrar Fermer Təsərrüfatı

14. “Qarabağ” Aqrar Fermer Təsərrüfatı

15.  Şamaxı Aqrar Fermer Təsərrüfatı

16. “Alıbəyli” sənaye və kənd təsərrüfatı müəssisəsi

17. Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsi

18. Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsi

19. Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal İstismar Sahəsi

20. Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsi

21. Mingəçevir şəhər Mənzil-Kommunal İstismar Sahəsi

22. Şəki rayon Mənzil-Kommunal İstismar Sahəsi

23. Yevlax şəhər Mənzil-Kommunal İstismar Sahəsi

24. Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsi

25. Ağcabədi rayon Mənzil-Kommunal İstismar Sahəsi

26. Ağdam rayon Mənzil-Kommunal İstismar Sahəsi

27. Beyləqan rayon Mənzil-Kommunal İstismar Sahəsi

28. Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsi

29. Biləsuvar rayon Mənzil-Kommunal İstismar Sahəsi

30. Şabran rayon Mənzil-Kommunal İstismar Sahəsi

31. Füzuli rayon Mənzil-Kommunal İstismar Sahəsi

32. Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsi

33. Göygöl rayon Mənzil-Kommunal İstismar Sahəsi

34. İmişli rayon Mənzil-Kommunal İstismar Sahəsi

35. İsmayıllı rayon Mənzil-Kommunal İstismar Sahəsi

36. Qəbələ rayon Mənzil-Kommunal İstismar Sahəsi

37. Saatlı rayon  Mənzil-Kommunal İstismar Sahəsi

38. Sabirabad rayon Mənzil-Kommunal İstismar Sahəsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100

Oxşar yazılar