Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Gəncədə intihara cəhd edən məcburi köçkünlə bağlı rəsmi məlumat yayıb. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Gəncə şəhəri ərazisində 1500 ailəlik yeni salınmış şəhərciyə məcburi köçkünlərin köçürülməsi aparılır. Bu günə kimi 960 ailə köçürülüb.
Köçürülmə prosesi Komitənin, Kəlbəcər rayon və Gəncə şəhər icra hakimiyyətlərinin, Kəlbəcər rayon və Gəncə şəhər polis şöbələrinin nümayəndələrinin və məcburi köçkün icmalarının iştirakı ilə xüsusi yaradılmış komissiya tərəfindən mənzillərin püşkatma yolu ilə ailə tərkibinin sayı nəzərə alınmaqla yüksək şəffaflıq şəraitində həyata keçirilir. Hazırda işlər uğurla davam etdirilir.
“Lakin təəssüflər olsun ki, köçürmə zamanı bəzi məcburi köçkünlər köçürülən obyektdə yaşamadığından, ev almaq üçün sonradan gəlib həmin obyektlərə müxtəlif qanunsuz yolla yerləşərək, hədə-qorxu gəlməklə ev almaq istəyirlər.
Komitənin mətbuat xidməti bir daha məcburi köçkünlərin nəzərinə çatdırır ki, köçürülmə zamanı bu cür hallara yol verməsinlər və bu sahədə işlər tam nəzarətdə olduğundan bütün neqativ halların qarşısı alınacaq”.

“Qaçqınkom” Gəncədə məcburi köçkünün intihar cəhdinə münasibət bildirdi
Oxşar yazılar

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
22 iyul 2025 , 07:10
84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 01:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12