Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova universitetdə rektor Abel Məhərrəmovla tələbələrin görüşü zamanı tarix müəlliminin ondan rüşvət tələb etdiyini bildirən 4-cü kurs tələbəsi Rəhilə Kiçiyevanın hərəkətlərinə münasibət bildirib. O “facebook” səhifəsində qeyd edib ki, bəziləri tərəfindən qəhrəman kimi təqdim olunan bu tələbə universitetdən 3 dəfə xaric olunub, sonra bərpa edilib: “Yaxşı oxuyan tələbə 3 dəfə xaric edilməz. Eyni zamanda şikayət etdiyi imtahandan 17 balla kəsilib. Təkrar yoxlamada isə 18 alıb. İmtahandan keçid balı isə 25-dir. Kəsildiyinə görə şərə və böhtana, universitetin nüfuzuna xələl gətirən addımlara əl atıb”.