“Məxmər yolların sirri”
25 dekabr 2012 17:10 (UTC +04:00)

“Məxmər yolların sirri”

“Azərbaycan dəmiryolçusu” qəzetinin əməkdaşları Vasif Süleyman və Elbariz Məmmədlinin müəllifi olduqları “Məxmər yolların sirri” kitabının birinci cildi işıq üzü görüb.

 

Lent.az-ın verdiyi məlumata görə, kitabda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamına müvafiq olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmiri istiqamətində görülən işlər öz əksini tapıb.

 

 

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2012-ci ildə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində dediyi sözlərlə açılır. Dövlət başçısı çıxışında vurğulayıb ki, yeni dəmir yolu xətləri qatarların yüksək sürətlə hərəkət edə bilməsi üçün tikilir, nəzərə alınsa ki, Azərbaycan yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcək, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir, Azərbaycanın dəmir yolları da yüksək dünya standartlarına cavab verməlidir.

 

“Azərbaycan Dəmir Yolları”  QSC-nin sədr müavini Qurban Nəzirov kitaba yazdığı “Tarix belə yaranır” adlı “Ön söz” də qeyd edir ki, Dövlət Proqramda Azərbaycan polad magistralının sürətli inkişafını təmin edəcək bütün məqamlar nəzərə alınıb və Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bu gün Dövlət Proqramı səviyyəsində yeniləşməsinə təkan verilməsi tarixi bir şansdır. 

 

Qeyd edək ki, “CBS Polygraphic Production” mətbəəsində nəfis tərtibatla çap olunan kitabın redaktoru Allahverdi Əliyev, korrektorları Mİkayıl Mikayılov, Gülnaz Əliyeva, Nərgiz Əliyeva, texniki redaktoru Cəsarət Qasımov, fotoların müəllifi Ziya Zakiroğludur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar