“Jurnalistika” ixtisasının abituriyentləri üçün qeydiyyat müddəti uzadıldı
06 may 2014 11:15 (UTC +04:00)

“Jurnalistika” ixtisasının abituriyentləri üçün qeydiyyat müddəti uzadıldı

Ali təhsil müəssisələrinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilənə xəbərə görə, abituriyentlər 12 may saat 23:59-a qədər qeydiyyatdan keçə biləcəklər.
 

Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçir. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar