“İzvestiya”: "Azərbaycan diasporu kömək etmək niyyətindədir"
18 oktyabr 2013 07:54 (UTC +04:00)

“İzvestiya”: "Azərbaycan diasporu kömək etmək niyyətindədir"

Azərbaycan diasporu Rusiyanın DİN və Miqrasiya Xidmətinə ölkəyə gələn həmvətənlilərinə nəzarət etməkdə yardım etmək niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın “İzvestiya” qəzeti yaxır.

 

Nəşrin məlumatına görə, Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətının Moskva şəhər təşkilatının  sədri Ağadadaş Kərimov oktyabrın 18-də Rusiya Dövlət Dumasının deputatları ilə baş tutacaq görüşündə bu cür təkliflə çıxış edəcək.

 

“Belə ki, diaspora Rusiyaya gələn potensial təhlükəli azərbaycanlıların monitorinqini həyata keçirməkdə yardım etməyə hazırdır”, deyə qəzet vurğulayır.  

 

“Tezliklə qəbul olunacaq yeni qanuna əsasən miqrantların adaptasiyasına milli mədəni muxtariyyətlər də cəlb olunacaqlar. Qoy diasporlar da bu işə cəlb olunsunlar”, deyə Dumada vurğulayıblar.   

 

Belə bir görüşün keçirilməsinə səbəb Moskvanın Biryulevo rayonun sakini Yeqor Şerbakovun rezonanslı qətli olub. Azərbaycan vətəndaşı Orxan Zeynalov, qətlin törədilməsində təqsirli bilinərək həbs olunub.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1441
avatar

Oxşar yazılar