“Gənclik”dəki yeraltı keçid oktyabrda hazır olacaq
04 iyul 2014 15:36 (UTC +04:00)

“Gənclik”dəki yeraltı keçid oktyabrda hazır olacaq

0

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin cari ilin oktyabr ayında başa çatdırılması planlaşdırılır. Bu barədə Lent.az-a “Azəyolservisin”in mətbuat xidmətindən məlumat verilib.


Yeni yeraltı piyada keçidin bir giriş-çıxışı İdman Akademiyası, digəri isə “Caspian Shop” Ticarət Mərkəzi istiqamətinə olacaq. Keçidin uzunluğu 90 m, eni 4,7 m, hündürlüyü isə 3 m təşkil edəcək. Artıq yolun hərəkət hissəsinə düşən tunelin betonlanması işləri başa çatdırılıb.

 

Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1159

Oxşar yazılar