“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında vətənpərvərlik təbliğatı” layihəsinin icrası davam edir.
Lent.az-ın verdiyi məlumata görə, layihə çərçivəsində pilot olaraq seçilmiş Yevlax rayonu Yuxarı Qarxun kənd orta məktəbində IX-XI sinif şagirdləri arasında vətənpərvərlik mövzusunda inşa müsabiqəsi elan olunub.
İnşa müsabiqəsi ilə bağlı noyabrın 2-də Yuxarı Qarxun orta məktəbində IX-XI sinif şagirdlərinə təlim keçirilib və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçiliyimizin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti, həyata keçirilən vətənpərvər siyasətin nəticəsi olaraq yetişən Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlarımız barədə geniş məlumat verilib.