“Formula-1"ə görə 17 marşrutun hərəkət sxemi dəyişdirildi - <span style="color:red;">ƏHALİNİN DİQQƏTİNƏ!
23 aprel 2018 09:10 (UTC +04:00)

“Formula-1"ə görə 17 marşrutun hərəkət sxemi dəyişdirildi - ƏHALİNİN DİQQƏTİNƏ!

Bu gündən etibarən Bakıda keçirilən “Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124)  avtobusların hərəkət sxemində dəyişiklik edilib.

 

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

 

Məlumata görə, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.

 

“Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq”, - deyə deyə M.Ağayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

APA Baycan

Oxşar yazılar