Bakı Nəqliyyat Agentliyi “Hava limanı” - “28 may” "Express" marşrut xətti ilə bağlı yenilik edib.
BNA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, express xətt avtobusundan əsasən ölkəmizə səyahət edən xarici ölkə vətəndaşlarının istifadə etməsini nəzərə alaraq, bu marşrut xətti ilə bağlı bütün məlumatları özündə əks etdirən internet resursu olan www.aeroexpress.az saytını istifadəyə verilib.
Qeyd edək ki, BNA yaxın vaxtlarda paytaxtın ictimai nəqliyyat şəbəkəsi ilə bağlı müfəssəl məlumatları və elektron xidmətləri əhatə edən daha bir neçə internet saytı istifadəçilərə təqdim edəcək.