“DəmirBank” 17 sentyabr 2014-cü il tarixində Sabirabad şəhərində İcra Hakimiyyətinin dəstəyi ilə şəhər ictimaiyyətinin 80-dən artıq nümayəndəsinin iştirakı ilə geniş miqyaslı tədbir keçirib. Tədbir zamanı iştirakçılara “DəmirBank”ın 25 illik tarixi, nailiyyətləri, həmçinin nağdsız ödənişlər və onların əhəmiyyəti, eyni zamanda tədbirdə iştirak edən sahibkarlara Bankın təqdim etdiyi “Artdıqca Sərfəli” biznes kredit aksiyası barəsində geniş məlumat verilib.
Həmçinin eyni tarixdə filialda “Açıq Qapı” tədbiri keçirilib. Tədbirdə 30-dan artıq müştəri iştirak edib. Bankın nümayəndələri çıxış edərək “DəmirBank”ın fəaliyyəti, tarixi uğurları və üstünlükləri, eləcə də Sabirabad filialı və filialın göstərdiyi xidmətlər, xüsusilə “Güzəştli kredit”, “Artdıqca sərfəli”, “DəmirTaksit” xidmətləri barədə iştirakçılara geniş məlumat veriblər.
Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. “DəmirBank” Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.