Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin yerləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, son statistikaya əsasən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan liseylərində oxuyan 245 şagird Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərində yerləşdirilib. O bildirib ki, Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində isə artıq 58 nəfər şagird yerləşdirilib. Bu proses davam edir.
C. Valehov həmin təhsil müəssisələrinin nazirliyin balansına verilməsi, onların maddi-texniki bazasından necə istifadə olunması və müəllimlərin aqibəti ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinə aid olan təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması təsisçilərin verdiyi qərardır və özəl mülkiyyət olduğuna görə bu haqda hər hansı bir şərh verməyə lüzum görmür.