“Bu, ölümə də gətirib çıxara bilər...” –<span style="color:red;"> Baş həkim
04 oktyabr 2019 16:50 (UTC +04:00)

“Bu, ölümə də gətirib çıxara bilər...” – Baş həkim

Saxta içkilərin istehsalı və satışının aradan qaldırılması üçün dəfələrlə tədbirlər görülsə də, qanunsuz fəaliyyət göstərən sexlər indi də var. 
Vaxtaşırı olaraq, saxta alkoqollu içkilərdən zəhərlənmə hadisələri barədə məlumatlar yayılır. 
 
Belə məlumatlardan birini bu günlərdə Vergilər Nazirliyi yayıb. Ağstafa rayonu, Həsənsu kəndində yerləşən istehsal obyektində kustar üsulla alkoqollu içkilərin hazırlanması, eyni zamanda həmin məhsulların saxta aksiz markaları ilə markalanmaqla vergidən yayındırılması aşkarlanıb. Fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus obyektdə aşkarlanmış bu faktla bağlı nazirlik müvafiq tədbirlər görür. Bu, heç... 
 
Amma axı bu məsələ sırf texniki, iqtisadi bir məsələ deyil. Bu, birbaşa insan sağlamlığı, cəmiyyətin gələcəyi, genofond məsələsidir və bununla bağlı dövlətin sərt tədbirləri ilə yanaşı, cəmiyyət də məlumatlandırılmalıdır. 
 
Nədir saxta içki? Bunun insanlara hansı mənfi təsiri ola bilər? 
 
Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Lent.az-a açıqlamasında bildirib ki, saxta içki insanın ölümünə səbəb ola bilər:
 
“Saxta içkinin tərkibində kimyəvi qarışıq çox olduğu üçün həm mərkəzi sinir sisteminə, ağciyərə, qaraciyərə, eləcə də ürəyə toksiki təsir göstərir. Az miqdarda da olsa daxilə qəbul edildiyində tez sərxoş edir. Baş ağrılarına, zəhərlənməyə, huşun itməsinə səbəb ola bilir. Hətta yüksək dozada istifadə edilərsə, ölümə qədər gətirib çıxara bilər”.
 
A.Maqsudov qeyd edib ki, alkoqollu içkinin saxta olub-olmadığını mütəxəssislər yoxlayıb, rəy verə bilərlər.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1042
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar