“Bəlkə bir milyonluq malım külə döndü”
20 oktyabr 2013 04:47 (UTC +04:00)

“Bəlkə bir milyonluq malım külə döndü”

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov “Karvan” ticarət mərkəzindəki yanğın zamanı zərər çəkən dükan sahiblərindən bir neçəsini dinləyib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, E.Əzizov ticarət mərkəzini dövrə vurduğu vaxt ona 60 – 70 yaşlarında qadın yaxınlaşıb.

 

İcra başçısının ətrafındakılar əvvəlcə qadını görüşə buraxmaq istəməsələr də, onun özü “Buraxın, gəlsin” deyib. Qoca dükan sahibi ağlaya-ağlaya “Bəlkə 1 milyonluq malım yanıb külə döndü. Mənə kömək edin” deyib. E.Əzizov onu qucaqlayaraq, “Darıxmayın. Qoy, yanğını söndürək, bütün zərər çəkənlərə köməklik göstərərik” söyləyib.

 

Bununla yanaşı, ətrafa yığışan minlərlə insanın yanğın yerinə yaxınlaşmasının qarşısı alınarkən, xırda münaqişələr baş verib. Polislər əmrə tabe olmaq istəməyəni uzaqlaşdırmaq istərkən, E.Əzizov müdaxilə edib. O, “Buraxın getsin, indi hamı yığışacaq bura” deyib.

 

Qeyd edək ki, yanğın başlayandan təqribən 1,5 saat sonra hadisə yerinə gələn Eldar Əzizov yanğın söndürülənədək ticarət mərkəzinin qarşısında olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2678
avatar

Oxşar yazılar