“İlin sonuna bir neçə həftə qalmasına baxmayaraq, bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı-vaxtında ödəmirlər”. Bu barədə Lent.az-a “Bakıelektrikşəbəkə” ASC-dən məlumat verilib. Qurumun fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 20-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Yuxarıda qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaq.
Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcək. Abonentlər elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqların ödəməlidirlər.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilə bilər.