“Bakıelektrikşəbəkə” borclu abonentlərinə xəbərdarlıq etdi
14 dekabr 2012 13:39 (UTC +04:00)

“Bakıelektrikşəbəkə” borclu abonentlərinə xəbərdarlıq etdi

“Bakıelektrikşəbəkə” ASC abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları istiqamətində yenidənqurma işlərini davam etdirir. ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Bakıelektrikşəbəkə”ASC üzrə  təsdiq olunan Tədbirlər Planına əsasən şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilən müddətlərdə həyata keçirilir.  

 

Görülən işlər nəticəsində şəbəkənin  gücü günü-gündən artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür. Bütün bunlara baxmayaraq bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı vaxtında ödəmirlər.

 

“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı  dekabrın 17-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

 

Borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin  elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək. Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaqdır ki, bu da abonentlərə müəyyən problemlər yaradacaq. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.

 

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytı (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.

# 1136
avatar

Oxşar yazılar