Bərpa işləri ilə bağlı Binəqədi qəsəbəsini Xırdalan qəsəbəsi ilə birləşdirən 4-cü Qapı küçəsi hissə-hissə bağlanacaq. Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-dən Lent.az-a verilən məlumata görə, işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulan küçədə iyulun 11-i gecə saat 10-11 radələrində dəmiryol körpüsünün yaxınlığında yerləşən “Dörd yol”adlanan ərazidən Binəqədi qəsəbəsi istiqamətinə 1,5 km hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.