“Azəryolservis” hava şəraitinə görə xüsusi qərargah yaratdı
30 yanvar 2014 15:06 (UTC +04:00)

“Azəryolservis” hava şəraitinə görə xüsusi qərargah yaratdı

“Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin tabeliyində olan avtomobil yolları, körpülər və yol qurğularında nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar tam hazır vəziyyətə gətirilib”. Bunu Lent.az-a Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, 25 min kub metrə yaxın qum, 100-ə yaxın texnika tam hazır vəziyyətə gətirilib. “Artıq “Azəryolservis” ASC-də xüsusi qərargah da yaradılıb. Həmçinin, ASC tərəfindən payız-qış mövsümü ilə bağlı əmr hazırlanaraq bütün yol istismar idarələrinə göndərilib. Hər bir istismar müəssisəsində də tədbirlər planı hazırlanaraq əmrdən irəli gələn vəzifələrin icrasına başlanılıb. 24 saat fəaliyyət göstərən növbətçilik təşkil olunub”.

Mətbuat katibinin sözlərinə görə, bütün proses Nəqliyyat Nazirliyinin tam nəzarətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993

Oxşar yazılar