“Azərsu” yolu qazdı, tıxac yarandı
11 dekabr 2013 11:48 (UTC +04:00)

“Azərsu” yolu qazdı, tıxac yarandı

Səhər saatlarında Nəcəfqulu Rəfiyev küçəsində su xətlərinin dəyişdirilməsi ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində ərazdə böyük bir tıxac yaranıb. Saatlarla maşınların hərəkəti dayanıb. Artıq avtomobillər istiqamətini dəyişərək, əks istiqamətdə hərəkət etməyə başlayıb. Maşınların hərəkətini nizamlamaq üçün ərazidə DYP əəkdaşları gözə dəymirdi.

 

APA TV-nin xəbərinə görə, ərazidə qazıntı işləri aparılmasından xəbərsiz olan 30 saylı xətt üzrə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu sola dönərkən batıb. Bu da tıxacın daha böyük miqyas almasına səbəb olub. Uzun müddətli tıxacda qalanlar arasında təcili yardım maşınları da olub. Mənzil başına vaxtında çata bilməyən sürücülər ərazidə aparılan qazıntı işlərinə heç bir xəbərdarlıq edilmədən başladılmasına narazılıq ediblər.

 

 

Sürücülərdən bir deyib ki, bir saatdır, yolda qalıb. Digər sürücü isə qazıntının gündüz vaxtı aparılmasına etiraz edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar