“Azərsu” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Azərsu” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Səhmdar Cəmiyyətdən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar ASC aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.
Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.
Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.
İstehlakçılardan xahiş olunur ki, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.
Oxşar yazılar

Çiyələkdən kökələ bilərsiizmi? Sizi təəccübləndirə biləcək fakt
4 iyul 2025 , 11:14
Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı RƏSMİ AÇIQLAMA
4 iyul 2025 , 10:08
Yağış, GÜCLÜ külək - GÜNÜN HAVASI
4 iyul 2025 , 09:54
Üç BÜRC maqnit kimi pulu cəlb edir: iyul ayında kim qazanacaq?
4 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 iyul 2025 , 08:34