“Azərsu”-dan su problemi ilə bağlı - AÇIQLAMA
23 sentyabr 2013 17:25 (UTC +04:00)

“Azərsu”-dan su problemi ilə bağlı - AÇIQLAMA

Son günlər Binəqədi ərazisində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bununla bağlı bir qrup vətəndaş Lent.az-a müraciət edib. Vətəndaşların sözlərinə görə,  (xüsusən, 1, 2, 4, 9-cu mikrorayonlarda) bir həftədir su verilmir.

 

Məsələ ilə bağlı “Azərsu” Səhmdar Cəmiyyətinin də mövqeyini öyrəndik. Cəmiyyətdən Lent.az-a bildirdilər ki, adıçəkilən əraziyə suyun verilməməsi su xəttində baş vermiş qəza ilə bağlıdır: “Qəza səbəbindən su anbarı tam dolmur. Bunun da nəticəsində Binəqədi ərazisində suyun verilməsində məhdudiyyətlər yaranıb. Sabahdan isə bu problemin tamamilə həll ediləcəyi gözlənilir” .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1351

Oxşar yazılar