“Azəriqaz” Gəncədə abonent borcları ilə bağlı məsələni araşdıracaq
01 may 2014 19:22 (UTC +04:00)

“Azəriqaz” Gəncədə abonent borcları ilə bağlı məsələni araşdıracaq

 

Gəncədə 20 mindən çox abonentlə bağlı yaranmış borc məsələsi "Azəriqaz" İstehsalat Birliyi tərəfində araşdırılacaq. Bu barədə "Sosium" verilişinin qonağı olan "Azəriqaz" İstehsalat Birliyinin yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

 

Gəncə şəhərində 5 ildən sonra ortaya çıxan kütləvi borc qalmaqalının araşdırıldığı verilişdə qonaq bildirib ki, bütün hallarda bu məsələ diqqət mərkəzində olacaq: "Azəriqaz" İstehsalat Birliyi hər bir siqnala ciddi nəzarət edir və araşdırır. Gəncə qaz istismarı idarəsində şikayətə baxan xüsusi şöbə var. Əhali belə məsələlərlə bağlı ora müraciət etməlidir. Yeri gəlsə, birliyin özünə də həm elektron, həm də poçt vasitəsi ilə müraciət edə bilərlər".

 

Verilişdə borcların nədən 5-6 il sonra gündəmə gətirilməsi və eyni zamanda prezidentin 2009-cu il oktyabrın 1-nə kimi borcların silinməsi ilə bağlı sərəncamı diqqətə çatdırılıb. Verilişə telefon bağlantısı ilə qoşulan Gəncə Qaz İstismar İdarəsinin satış şöbəsinin rəisi Hüseyn Şirinov bildirib ki, yaranmış borclar həmin sərəncamdan sonrakı dövrü əhatə edir: "Gəncdə “Smart kart” tipli sayğacların quraşdırılmasına 2007-ci ildən başlanıb. Yaranan borclar 2009-2013 ilə qədər olan borclardır. Bu borclar mexaniki sayğac dövründən qalıb. Bəzi abonentləri “Smart kart”la təmin edən zaman borcları hissə-hissə ödəməyi şərt kimi irəli sürmüşdük. Abonentlər 100 % ödəniş edə bilmədiyinə görə biz 50 % ödənişə razılaşdıq. Ancaq borclar ödənilmədi. Bu səbəbdən abunəçilərdən həmin borcların alınması qərarına gəlinib".

 

"Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov isə bildirib ki, əgər əhali borcları ödədiyini iddia edirsə əllərindəki qəbzlərlə qaz istismar sahəsinə müraciət etməlidir: "Əgər qəbzi saxlamayıblarsa, köhnə ödənişlərin kökü rayon qaz istismar sahəsində qeydiyyata alınır. Yox, əgər vətəndaş bunu əlbəəl kiməsə ödəyibsə, nəyisə sübut etmək çətin məsələdir. Amma qanuni şəkildə ödənilmiş pulların hesabatı aparılır. Ona görə də bu məsələ araşdırılmalıdır".

 

"Analoji vəziyyət digər şəhər və rayonlarında ola bilərmi?" sualına qonağın maraqlı cavabı olub: "Bəli, ola bilər. Əgər kimlərsə köhnə borcları ödəməyibsə, əvvəl-axır ödəməlidir. Bu borclar “Smart kart” tipli sayğaclar dövründə yarana bilməz. Olar bilər ki, sayğaclar dəyişilərkən, köhnə borcların hissə-hissə ödənilməsi şərti irəli sürülsün, amma bunu abonent ödəməsin. Abonentlər də bilməlidir ki, borcu əvvəl-axır verəcək".

 

"Azəriqaz" rəsmisi ölkə üzrə “Smart kart” sayğaclarının quraşdırılması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, bu günə kimi ölkənin 50 faizi “Smart kart” sayğacları ilə təmin edilib: "2014-2015-ci ilə kimi bu prosesi başa çatdırmağı planlaşdırırıq. Bunun üçün zaman və vəsait lazımdır".

 

Qeyd edək ki, Gəncədə yüzlərlə abonent  Gəncə Qaz İstismar Sahəsinin borc iddiaları ilə razılaşmayaraq kütləvi narazılıq bildiriblər. Abonentlər bildirir ki, 2009-cu ildə elektron qaz sayğacları qurulanda bütün debitor borclar onlara ödədilib və sonra sayğacın kartları verilib. Hətta ötən 5 il ərzində vətəndaşların elektron tipli sayğacları bir dəfə dəyişdirilsə də, onlara borcları barədə heç bir məlumat verilməyib. Hazırda Gəncə şəhər Qaz İstismarı Sahəsi abunəçilərin borclu olmadıqlarını sübut etmək üçün onlardan 2009-cu ilə kimi olan qəbzləri tələb edir. Lakin hər bir prosesin elektronlaşdığını düşünən sakinlər həmin illərin qəbzlərini saxlamayıblar.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34