“Azəriqaz” 57 işçiyə xəbərdarlıq kartı verib
21 oktyabr 2013 17:35 (UTC +04:00)

“Azəriqaz” 57 işçiyə xəbərdarlıq kartı verib

Dünya praktikasında geniş yayılmış kart sisteminin ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində tətbiqindən sonra əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halları ilə mübarizə daha da güclənib. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilən sistemin tətbiqindən keçən 6 ay ərzində vəzifə və peşə təlimatlarının əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair tələblərini lazımınca yerinə yetirməmiş və tapşırıqların həyata keçirilməsi zamanı pozuntulara yol vermiş 57 işçiyə xəbərdarlıq kartı verilib.

Kart sisteminin tətbiqi əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunması və icra intizamının möhkəmləndirilməsinə müsbət təsir göstərib. Sistemin tətbiqindən keçən dövrdə xüsusi təhlükəli işlərin icrasını yüksək keyfiyyətlə və təhlükəsizlik qaydalarının tələblərinə maksimum riayət etməklə icra etmiş 12 işçiyə fərqlənmə kartları təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927

Oxşar yazılar