“Azərbaycan təhlükəsizliyin qorunduğu dövlət imicinə malikdir”
05 iyul 2014 15:19 (UTC +04:00)

“Azərbaycan təhlükəsizliyin qorunduğu dövlət imicinə malikdir”

 

 

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

 

APA-nın məlumatına görə, milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov buraxılış müna­si­bəti ilə məzunları, onların va­li­deyn­lərini və akademiyanın professor-müəllim heyətini təbrik edib.

 

Məzunlar qarşısında çıxış E. Mahmudov qeyd edib ki, bu gün Azərbaycan təhlükəsizliyin, sabitliyin hərtərəfli qorunduğu dövlət imicinə malikdir. “Bunu ölkəmizin dostları da, rəqibləri də etiraf edirlər. Buna görə də Azərbaycana inam var. Burada beynəlxalq səviy­yəli tədbirlər, idman və musiqi yarışları keçirilir”.

 

 

Milli təhlükəsizlik orqanlarının fəaliyyətindən danışan nazir həyata keçirilən ardıcıl tədbir­lər nəticəsində kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliy­yət­lə­ri­nin qar­şı­sı­nın alındığını vurğulayıb. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriy­yəsi, qeyri-qanuni miq­rasiya, insan alveri, mütə­şək­kil cinayət­karlığın digər təzahürlərinə qarşı mübari­zədə yüksək göstəricilər əldə edilib: “Ancaq bütün bunlar bizi arxayınlaşdırmır. Əksinə, xalqın və dövlət başçısının milli təhlükəsizlik orqanlarına etimadı, ölkəmizin yüksək nüfuzu bizi daha da məsul edir. Dünyada və regionda gedən proseslər, bu və ya digər formada təzahür edən təhdidlər şəxsi heyəti daha sayıq və səfərbər edir”.

 

 

Milli təhlü­kəsi­z­liyə cavabdeh orqanlardan yüksək bilik səviyyəsi, peşəkar­lıq, yüksək xidmət və icra intizamının tələb olunduğunu deyən E. Mahmudov qeyd edib ki, gənc əməkdaşlar vəzifə borcu­nun icrasına münasibətdə ilk gün­dən məsuliyyətli, həm də hər cür yad ideologiya və təsirlərdən uzaq olmalıdırlar.

 

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə isə sıralarında Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək nailliyyətlər qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini, 14 zabitin akademiyanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb.

 

 

E.Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən 14 nəfər zabitə diplomları təqdim edib.

Tədbir Akademiyadakı “Şöhrət” muzeyində davam etdirilmişdir. Muzeyin mərasim salonunda nazir E.Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri verib.

 

 

Təntənəli mərasimin sonunda E. Mahmudov məzunların valideynləri ilə görüşüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar