“Astaralı gənclər QİÇS-ə yox deyir” mövzusunda dəyirmi masa keçirilib
22 fevral 2014 20:40 (UTC +04:00)

“Astaralı gənclər QİÇS-ə yox deyir” mövzusunda dəyirmi masa keçirilib

Astara Rayon Gənclər və İdman İdarəsi və Mərkəzi Rayon Xəstəxanasının (MRX) birgə təşkilatçılığı ilə “Astaralı gənclər QİÇS-ə yox”deyir” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Astara Humanitar Kolleci tələbələrinin, rayonun ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev zərərli vərdişlərin insan sağlamlığına və mənəviyyatına mənfi təsirindən, tibbi maarifləndirmənin əhəmiyyətindən, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açıb.

 

Astara MRX-nın şöbə müdiri Fuad Səmədov, rayon Gənclər İdarəsinin rəis müavini İqrar Cəfərov da çıxışlarında İİV/QİÇS infeksiyasının yoluxma yolları, xəstəliyin səbəbləri, tibbi gigiyenanın, qidalanmanın, mənəviyyatlı yaşam tərzinin, fiziki tərbiyənin, asudə vaxtın səmərəli təşkilinin əhəmiyyətindən danışıblar.

 

Bildirilib ki, hazırda dünyada 45-50 mln, Azərbaycanda 4174 nəfər, Astara rayonunda isə 176 nəfər İİV daşıyıcısı var. İİV daşıyıcılarının 65 faizini narkomanlar təşkil edir.

 

Sonda dəyirmi masa iştirakçılarına “Gənclik AİDS - “stop deyir!”, “AİDS XXI əsrin bəlasıdır” mövzularında maarifləndirici kitabçalar paylayıb.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar