Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə
beynəlxalq sertifikata layiq görülüb. Agentlikdən Lent.az-a verilən məlumata görə, İSO – Beynəlxalq Standartlaşdırma Təşkilatı olaraq beynəlxalq standartları inkişaf etdirir. 1947-ci ildə yaradılmış və İsveçrədə yerləşən bu beynəlxalq təşkilat idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19500-dən çox beynəlxalq standart müəyyənləşdirib.
Keyfiyyətli İdarəetmə Sisteminin Dövlət Agentliyinin işində tətbiqi “ASAN Xidmət” mərkəzlərində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu
arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur.
İSO 9001:2008 standartı vətəndaş yönümlü, idarəetməyə sistemli yanaşma, təşkilat daxilində hər kəsin iştirakı, daimi təkmilləşdirmə, faktlara əsaslanan qərarların qəbul
edilməsi kimi prinsiplərə əsaslanır.