“AN-MEDİA”-nın lisenziya müddəti uzadıldı
28 dekabr 2012 15:41 (UTC +04:00)

“AN-MEDİA”-nın lisenziya müddəti uzadıldı

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda “AN-MEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.

 

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən “AN-MEDİA” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar