Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 3-cü sayını nəşr edib. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib. Jurnalda 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) tələbə qəbulu qaydaları və qəbul elanı çap olunub. Jurnalın bu sayında həmçinin ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ərizəsi”nin doldurma qaydası, onun nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.
Jurnalı TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

“Abituriyent” jurnalının 3-cü sayı nəşr olunub
Oxşar yazılar

6 minə yaxın abonent qazsız qalacaq - XƏBƏRDARLIQ
14 iyul 2025 , 10:00
Yayda çox şey dəyişəcək: taleyüklü hadisələrlə qarşılaşacaq üç BÜRC
14 iyul 2025 , 09:19
Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52