“QHT koalisiyalarının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinə ehtiyac olmayacaq ”
23 may 2013 12:21 (UTC +04:00)

“QHT koalisiyalarının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinə ehtiyac olmayacaq ”

“Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqədə iştirak edəcək QHT koalisiyalarının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsinə ehtiyac olmayacaq ”. 

 

Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyləyib.

 

Azay Quliyev deyib ki, koalisiyalar adından operator QHT icraçı qismində çıxış edəcək. Azay Quliyev xarici QHT-lərin ilk dəfə müsabiqədə iştirak edəcəklərini  də bildirib. Onun sözlərinə görə, əgər indiyə qədər maliyyə müsabiqələrində maksimum məbləğ 10 min manat olubsa, indii QHT koalisiyaları üçün bu məbləğ 50 min manata qaldırılıb. Azay Quliyev müsabiqədə seçki ilə bağlı iki istiqamətin nəzərdə tutulduğunu nəzərə çatdırıb. Birinci istiqamət seçicilərin maarifləndirilməsi, ikinci istiqamət isə seçkilərin monitorinqi ilə bağlıdır: Bu istiqamətləri nəzərdə tutmağımız da təsadüfi deyil. Çünki bu il prezident seçkiləri keçiriləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar