Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”nın təsis yığıncağını keçirir.
Şuradan Lent.az-a verilən məlumata görə, Prezidentin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.
Bundan irəli gələrək Şura sabah dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə “Hökumət- Vətəndaş Cəmiyyəti dialoq platforması”nın təsis yığıncağını keçirəcək. Tədbir dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq.