“Ekomərkəz” in direktoruna xəbərdarlıq edildi
09 aprel 2013 10:27 (UTC +04:00)

“Ekomərkəz” in direktoruna xəbərdarlıq edildi

0

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji pasportların hazırlanması barədə məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, müəssisələr üçün ekoloji pasport hazırlanarkən qanunda nəzərdə tutulmayan bir sıra pozuntular olub.

Nazirliyin bəzi tabeli qurumlarının, əsasən Ekoloji Elmi-Texniki İnformasiya və Metodologiya Mərkəzinin (Ekomərkəz) nümayəndələri tərəfindən müəssisələri, maraqlı olduqları təşkilatlarla ekoloji pasport hazırlamaq üçün müqavilə bağlamağa sövq etmək faktları aşkar olunub. Bununla bağlı, Nazirlik tərəfindən müvafiq tədbirlər görülüb, qanunsuzluğa yol vermiş əməkdaş işdən azad olunub, “Ekomərkəz”in direktoruna xəbərdarlıq elan edilib. Qeyd olunanlarla əlaqədar “Ekomərkəz” tərəfindən ekoloji pasportların hazırlanması işi dayandırılıb.

Ekoloji pasport - müəssisə tərəfindən təbii ehtiyatlardan istifadə olunmasına dair məlumatları və onun fəaliyyətinin ətraf mühitə təsir göstəricilərini əks etdirən məcburi xarakter daşımayan normativ-texniki sənəddir. Ekoloji pasportun tərtibi könüllülük əsasında, ya müəssisənin özü tərəfindən hazırlana və ya bu sahədə ixtisaslaşmış təşkilata sifariş oluna bilər. Sonda ekoloji pasport ETSN-in Dövlət Ekspertiza idarəsi ilə  razılaşdırılmalıdır. Hazırda bu sahədə məsələlərin təhlili ilə əlaqədar Dövlət Ekspertiza idarəsinə ekoloji pasportların razılaşdırılması prosesinin müvəqqəti olaraq dayandırılması barədə tapşırıq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1176

Oxşar yazılar