“28 May”ın əsas girişi də bağlanır
10 iyun 2013 15:47 (UTC +04:00)

“28 May”ın əsas girişi də bağlanır

Bakı Metropoliteninin 2011-15-ci illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində yenidən qurulan «28 May» stansiyasında aparılan tikinti işləri ilə əlaqədar iyul ayının 1-dən stansiyanın əsas çıxışı (Cəfər Cabbarlı meydanına) müvəqqəti olaraq bağlanacaq.


 

Bakı Metropolitenindən «APA-Economics»ə verilən məlumata görə, tikinti müddəti ərzində sərnişinlər metro stansiyasının Salatın Əsgərova küçəsi istiqamətində yerləşən ikinci giriş-çıxışından, həmçinin «Cəfər Cabbarlı» stansiyasının giriş-çıxışından istifadə edə biləcəklər.

 

«Bakı Metropoliteninin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir», - deyə nəqliyyat müəssisəsinin rəsmi xəbərində bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979
avatar

Oxşar yazılar