<font color=red>&#174; </font>“Səba» quş əti fabrikinin qapılarını ictimaiyyətə açıq elan edir
20 fevral 2015 10:27 (UTC +04:00)

® “Səba» quş əti fabrikinin qapılarını ictimaiyyətə açıq elan edir

Son zamanlar broyler toyuqlarının yetişdirilməsi ilə bağlı ictimaiyyətdə yaranmış narahatlığı aradan qaldırmaq üçün «Səba» ASC ilk addım atır. Şirkət Şabranda yerləşən quş əti istehsalı müəssisəsinin qapılarını ictimaiyyətin üzünə açır.
 
Martın 2-dən başlayaraq, hər gün 20 Yanvar metrostansiyasının qarşısından “Səba” avtobusları Şabrana yola düşəcək. «Səba" toyuqlarının kəsim, təmizlənmə, qablaşdırma proseslərini öz gözləri ilə görmək istəyən hər bir ictimaiyyət üzvü buradan «Səba" quş əti istehsalı fabrikinə aparılacaq.
 
Müəssisə ilə tanışlıqdan əlavə, istəyənlər “Səba” məhsullarını yerindəcə daha aşağı qiymətə əldə etmək imkanı  qazanacaqlar.
 
«Səba" avtobusları ilə müəssisəyə getmək istəyənlər 1 gün əvvəldən (012) 448-16-01 telefon nömrəsinə zəng edib qeydiyyata düşməlidirlər. İstehsal prosesinin təhlükəsizliyi üçün hər bir kəs şəxsiyyət vəsiqəsi ilə qeydə alınacaq.
 
Müəssisəyə daxil olan şəxslərin sanitariya və təhlükəsizlik qaydalarına riayət etməsi ciddi nəzarətdə olacaq. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar