“525-ci qəzet”in redaksiyası illərdir fəaliyyət göstərdiyi ofisini tərk edir. Lent.az-ın mediaforum-a istinadən verdiyi xəbərə görə, redaksiya indiyədək Bakının Nərimanov rayonunda, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə məxsus binada fəaliyyət göstərirdi. Hökumətin qərarı ilə həmin bina Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə verilib və təmirə bağlanır.
“525”in baş redaktor müavini Yusif Rzayev “Media forum”a bildirib ki, redaksiya avqustun 30-dan Yasamal rayonunda, Əhməd Cəmil küçəsindəki yeni ofisdə məskunlaşacaq: “Metronun “Elmlər Akademiyası”ı stansiyasına yaxın ərazidə 6 mərtəbəli binanın sonuncu mərtəbəsində ofis kirayələmişik. 4 otaq və 1 zaldan ibarət yığcam, amma rahat ofisdir, işləməyə şərait var”.
“525-ci qəzet” 1992-ci ildən çıxır. Həftədə 5 dəfə işıq üzü görür.